Mayın 15-nə keçən gecə Bakıda evdən oğurluq edilib.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, hadisə Suraxanı qəsəbəsi 4-cü mədən küçəsində baş verib. Həmin küçədə yaşayan Sultanov Məmmədağa Məmmədtağı oğlu səhər saatlarında polis idarəsinə gələrək bildirib ki, naməlum şəxs və ya şəxslər mənzilə daxil olaraq 1000 manat pul və xeyli qızıl-zinət əşyaları götürüb.  

Faktla bağlı araşdırma aparılır.