Mayın 31-də Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib.

Unikal.org xəbər verir  ki, iclasda çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov ilk öncə müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyi münasibətilə təbriklərini çatdırıb, ötən əsrin sonunda öz müstəqilliyini yenidən əldə edən Azərbaycan dövlətçiliyinin xalqımızın xilaskarı, ulu öndər Heydər Əliyevin tarixi xidmətləri sayəsində qorunub saxlanıldığını və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mükəmməl rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.

İclasda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramına uyğun olaraq Avropa İttifaqının "Statistical Classification of Products by Activity, Version 2.1 əsasında milli "Məhsul Növləri Təsnifatının (AZT030-2009) yenilənmiş versiyasının layihəsi və BMT-nin Avropa İqtisadi Komissiyasının Avropa Statistikləri Konfransının 2016-cı il 29 aprel tarixli plenar iclasında qəbul edilmiş "Rəsmi statistika haqqında model Qanun əsasında "Rəsmi statistika haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklərlə bağlı təkliflər müzakirə edilib.

Qeyd olunub ki, istehsal və istehlak olunan məhsulların, göstərilən xidmətlərin təsnifləşdirilməsi məqsədilə hazırlanmış Məhsul Növləri Təsnifatının IV variantı Avrostat tərəfindən hazırlanmış müvafiq təsnifatın strukturu saxlanılmaqla, istehsal və xidmət xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb. Rəsmi statistika sahəsində milli qanunvericiliyin beynəlxalq norma və prinsiplərə uyğunluğunun təmin edilməsi məqsədilə BMT-nin Avropa İqtisadi Komissiyasının Avropa Statistikləri Konfransının plenar iclasında qəbul edilmiş "Rəsmi statistika haqqında model qanun əsasında isə "Rəsmi statistika haqqında Azərbaycan Respublikası Qanununun yeni layihəsi hazırlanıb.

Müzakirələrlə davam edən iclasda mövzü ilə bağlı təkliflər səsləndiririlib, müvafiq qərarlar qəbul olunub.