Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişində duyğusal anlar yaşanıb. Verilişə müraciət edən 80 yaşlı nənə öz evinə daxil ola bilmədiyini söyləyib. Səbəb isə keçmiş gəlinin evi ələ keçirməsi olub.

Unikal.org xəbər veirr ki, yaşlı qadın sözlərinə görə evi nəvəsi ilə birgə tikib. Nəvəsi Asifin ailəsi dağılıb və məhkəmə evi gəlinə və 2 uşağına verib.

Daha sonra məhkəməyə müraciət edilir və hər ikisinin evdə yaşamaq hüququnun olduğu qərarı verilir. Bundan sonra gəlin yenə də nənə və keçmiş ərini evində yaşamağa icazə vermir. Bu dəfə də şərt qoyur. Bildirir ki, yaşlı qadın və keçmiş əri qaz və işığı ayırsa mümükün ola bilər.

Çarəsiz qalan nənə televiziya vasitəsi ilə tamaşaçılardan kömək istəyib. Gəlinin keçmiş həyat yoldaşı da deyilənləri təqsdiqləyib və bildirib ki, hər dəfə müxtəlif bəhanələrlə yoldaşı onu evə buraxmır.

Qeyd edək ki veriliş həftə içi hər gün 19:55 də şənbə günü isə 22:40 da Space Tv-də yayımlanır. Bu axşam isə "Olar? Olmaz!" verilişində "cibimiziə girən saxtakar biznes qrumlarından" görüntülər təqdim ediləcək.