Azərbaycanın ilk xəbər kanalı olan "ARB24" televiziyası 8 yaşını qeyd edir.
Unikal.org xəbər verir ki, 2010-cu il iyunun 1-də Tovuzda "Türkel TV brendi ilə yeni telekanalın əsası qoyulub.Cəbhə bölgəsinə yaxın məsafədə yerləşən kanal 2013-cü ilin noyabrından TTV brendi ilə hər saatın tamamında, 2014-ci il aprelindən isə hər yarım saatdan bir xəbər buraxılışları ilə tamaşaçıların qarşısına çıxıb. Qısa zaman kəsiyində bir sıra uğurlara imza atan kanal 2016-cı ilin sentyabr ayından ARB 24 adı ilə fəaliyyətini davam etdirir."ARB 24" Milli Televiziya və Radio Şurasının elan etdiyi ixtisaslaşmış xəbər kanalının açılması üçün ümumrespublika televiziya yayımı üçün keçirilən müsabiqənin qalibi olub.
"ARB 24" telekanalının baş direktoru, tanınmış jurnalist, siyasi icmalçı Nadir Şəfiyevdir. Analitik, ictimai-siyasi, iqtisadiyyat, mədəniyyət, idman buraxılışları və digər rubrikaları yayimlamaqla ölkə və dünya gündəmi barədə 24 saat xəbər verən televiziya bununla da tamaşaçılar istədiyi informasiyanı istədiyi vaxt əldə etmək imkanı qazanır.Müasir avadanlıqlar və rəqəmsal yayımla kanal peyk vasitəsilə dünyada yayımlanır.Birinci xəbər kanalı devizini əsas götürən şirkətin əsas prioriteti operativlik və dəqiqlikdir.