ABŞ-ın Prinston Universitetinin professoru Maykl A. Reynolds Qərbi Kaspi Universitetində mühazirə ilə çıxış edib.
Unikal.org xəbər verir ki, professor mühazirəsində Qərb elmində Azərbaycanın və ümumilikdə Qafqazın öyrənilməsinin çətinlikləri və Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövrdə beynəlxalq münasibətlər və AXC-nin qurucularının bolşeviklərdən, menşeviklərdən və Türkiyə millətçilərindən ideoloji fərqlilikləri mövzularına yer ayırıb.
Daha sonra professor tələbələrlə fikir mübadiləsi aparıb, onları maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, Qərbi Kaspi Universiteti dünyanın aparıcı universitetlərinin mütəxəssislərini müntəzəm olaraq mühazirə və seminarlar, təlimlər üçün dəvət edir.