Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul olmaq üçün 68, 69 və 70 saylı proqramları seçən bakalavrlara müraciət edib.
DİM-dən Unikal.org-a verilən məlumata görə, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsində ixtisas üzrə test tapşırıqlarının əvəzinə qabiliyyət imtahanı verəcəklər.
Bu ixtisaslaşmalar üzrə magistraturaya qəbul imtahanının 1-ci mərhələsinin müsabiqə şərtini ödəmiş, mayın 7-‘dən 17-dək keçirilən proqram seçimi zamanı xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına aid 68, 69 və 70 saylı qəbul proqramlarını seçmiş bakalavrlar 1-5iyun tarixlərində DİM-in internet saytına daxil olaraq "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsini çap edib götürməli və 6-8 iyun tarixlərində vərəqədə göstərilən ünvanda qabiliyyət imtahanında iştirak etməlidirlər.
Bakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün özləri ilə şəxsiyyətini təsdiq edən sənədi, "Bakalavrın qabiliyyət intahanına buraxılış vərəqəsini, musiqi sənəti istiqamətinin ixtisaslaşmalarını seçənlər həmçinin musiqi ixtisaslaşmaları üzrə doldurulmuş proqram formasını gətirməlidirlər.
Qabiliyyət imtahanları DİM-in təşkil etdiyi Qabiliyyət İmtahanı Komissiyaları (QİK-lər)tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.