Fövqəladə Hallar Nazirliyi bağlı qapı arxasında qalan 3 azyaşlıya kömək məqsədilə xilasedicilərin göndərdi.
Unikal.org-a FHN-dən verilən məlumata görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Gəncə şəhəri, Nizami rayonunda mənzildə 2 azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin giriş qapısını açmış və yatmış vəziyyətdə aşkarlanmış uşaqları aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:45-də başa çatıb.
 
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və uşağı aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:18-də başa çatıb.