Tbilisidə Gürcüstan hökumətinin istefası tələbi qoyulan etiraz aksiyasının iştirakçıları Rustaveli prospektində nəqliyyatın hərəkətini dayandırıblar.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, aksiyada 3 minə yaxın adam iştirak edir. Onlar parlament binasının qarşısı ilə yanaşı, yolu da tutublar.
Şəhər hakimiyyəti və prospektdə olan hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən prospektdə hərəkətin bərpa edilməsi üçün heç bir tədbir görülməyib.
Parlamentin binasının yaxınlığında bir neçə təcili yardım maşını növbə çəkir.
Aksiyada adi vətəndaşlar çıxış edir və məhkəmə ədalətsizliyi ilə üzləşdikləri hallardan bəhs edirlər. Onların hamısı ölkədə qanunların aliliyinin bərqərar olmasını tələb edirlər. Aksiyada hər hansı siyasi bəyanat səslənməyib, akin iştirakçıların tələbi qüvvəsində qalmaqdadır - onlar hökumətin istefasını istəyirlər.