İqtisadiyyat nazirliyində yeni təyinatlar olub.
Unikal.org-un "Qafqazinfoya istinadən verdiyi məlumata görə, Şirzad Abdullayev və Rüfət Məmmədov Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, nazir Şahin Mustafayevə müavin təyin olunublar.
Qeyd edək ki, R. Məmmədov 2010-cu ildən İqtisadiyyat Nazirliyində müdir müavini, 2011-ci ildən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) müxtəlif vəzifələrdə, son təyinatdan əvvəl isə AZPROMO-nun prezidenti vəzifəsində çalışıb.
Azərbaycan prezidentinin sərəncamı ilə "Tərəqqi medalı ilə təltif edilib.
İngilis, rus və alman dillərini sərbəst bilir. Ailəlidir, 2 övladı var.
Ş. Abdullayev isə 2008-ci ildən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru olub. Azərbaycan prezidentinin müvafiq Sərəncamları ilə "Dövlət qulluğunda fərqlənməyə görə və "Tərəqqi medalları ilə təltif edilib.
İngilis və rus dillərini bilir.
Ailəlidir, 3 övladı var.