İqtisadiyyat Nazirliyi yanında "Təmiz Şəhər" ASC-nin zərərlə işləməsi tullantıların daşınma tariflərinin aşağı olması ilə bağlıdır.
Unikal.org xəbər verir ki, bu barədə "Report"a açıqlamasında qurumun İdarə Heyətinin sədri Etibar Abbasov bildirib.
"Tariflərin artırılması məsələsinə baxılmalıdır. Bütün dünyada bu tariflər yüksəkdir, amma Azərbaycanda aşağıdır. Səhmdar cəmiyyətin gəlirləri tullantıların daşınması ilə yanaşı, istehsal etdiyi elektrik enerjisinin satışından da formalaşır. Enerjinin tariflərini də Tarif Şurası müəyyən edib. Bu məsələlərə kompleks baxılmalı, tariflər artırılmalıdır ki, mənfəətlə işləyək", - deyə o, qeyd edib.