İnsanlar adətən vəfat etmiş və ya hazırda da yaşayan yaxınlarının fotoşəkillərini böyüdüb divardan asırlar. Bu mənzərəyə demək olar ki, əksər evlərdə rast gəlmək mümkündür.
Bəzi insanlar isə bir vaxtlar adət olduğu üçün bu addımı atdıqlarını, indi isə belə fotoları yalnız albom səhifələrində saxladıqlarını bildirirlər.İslam dini baxımından bu, məqbul əməl sayılmır.
Unikal.org-un məlumata görə, ilahiyyatçı Ağa Hacıbəyli deyib ki, vətəndaşların evlərdə divarlardan rəhmətə getmiş yaxınlarının fotoşəkillərini asmaları dini cəhətdən bəyənilmir.
İlahiyyatçı onu da qeyd edib ki, konkret olaraq bu məsələ ilə bağlı Qurani-Kərimdə heç bir ayə yoxdur. Ancaq peyğəmbər əfəndimizin dövründə bəzi insanlar çəkdikləri rəsmlərə sitayiş etdikləri üçün şəkil çəkmək qadağan edilib.