Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai nəqliyyat vasitələrini idarə edən sürücülərə xəbərdarlıq etdi.

Unikal.org xəbər verir ki, bu BNA-nın Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində xidmətin keyfiyyətini qaldırmaq məqsədilə qanunvericilikdən irəli gələn tələblərin daşıyıcılar tərəfindən əməl olunmasına tam nəzarət həyata keçirilir. Qurum qoyulan tələblərə əməl edilmədiyi təqdirdə ən sərt tədbirlər görüləcəyinə dair xəbərdarlıq edir:

"Ancaq bu, heç də sürücüləri sıravi vəzifə daşıyıcıları kimi məsuliyyətdən azad etmir. Tam əksinə, sükanı idarə edən birbaşa aidiyyəti şəxslər qismində bu cəza tədbirləri onlardan da yan keçməyəcək. BNA sərnişin həyatını təhlükə qarşısında qoyan hər bir sürücü ilə bağlı müvafiq tədbirin görülməsinə dair məsələni aidiyyəti qurumlar qarşısında qaldıracaq. Əziz sürücülər, sizdən təkcə idarə etdiyiniz nəqliyyat vasitəsinin salonunda olan sərnişinlərin deyil, həm də onların ailə üzvlərinin taleyi asılıdır. Məsuliyyətinizi dərk etməyiniz tövsiyə və tələb olunur!"