2016-cı ilin 4 ayı ərzində nikaha daxil olan kişilərdə orta yaş həddi 29,5 yaş, qadınlarda 24,9 yaş olub.
Unikal.org bildirir ki, bunu modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.
O bildirib ki, 2015-ci ildə nikaha daxil olan kişilərdə orta yaş həddi 29 yaş, qadınlarda isə 24,5 yaş olub.
"Eyni zamanda bildiririk ki, 2016-cı ilin 4 ayı ərzində kişilərdə 60 yaşdan yuxarı 128 nikah, 70 yaşdan yuxarı 38 nikah, 80 yaşdan yuxarı 11 nikah qeydə alınıb.
2016-cı ilin ilk dörd ayaında qadınlar arasında 60 yaşdan yuxarı 21,70 yaşdan yuxarı isə 5 nikah qeydə alınıb", - deyə Ədliyyə Nazirliyinin rəsmisi bildirib.