Unikal.org axşam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Röya Ayxan "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. Müğənni mayın 27-də klublardan birində baş tutacaq konsertindən danışıb və Sevda Yahyayevanı ora dəvət edib:
"Bir az həyəcanlıyam. Çünki ilk dəfədir klub konserti verəcəm. 12 ildir mənə nə qədər adam klub konserti təklif edib, qorxmuşam. Bu tədbirə də 2 ay "yox" demişəm. Mahnılarımı Türkiyədə aranjman etmişəm. Kim istirahəti sevirsə, həmin gecə gözümün üstündə yeri var. Səhərə kimi birlikdə əyləncəyik".