Bakıda 3 gün əvvəl evdən oğurluq etmiş qadın tutulub.
Unikal.org məlumatına görə, Suraxanı RPİ 32-ci PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 13-də Bakı şəhər sakini 37 yaşlı Allahverdi Əhmədova məxsus evdən qızıl əşyalar oğurlamış və yataq otağını yandırmış şəxsin qadın olduğu müəyyən edilib. Məlum olub ki, həmin gün ev sahibi mənzildə olmadığı müddətdə İsmayıllı rayonunda andan olmuş 1985-ci il təvəllüdlü Ağaməmmədova Aynur Həsənağa qızı açar seçmə yolu ilə A.Əhmədovun evinə daxil olub. O, yataq otağından 2 min manatlıq qızılı götürdükdən sonra yataq dəstinə od vurub.
 
A.Ağaməmmədova mənzili tərk etdikdən sonra yanğın genişlənib və 15 kvadrat metr ərazini əhatə edib. Xoşbəxtlikdən evdə kimsə olmadığından xəsarət alan olmayıb.