Səlim Müslümovun “yeni taktikası”
12:29 28-08-2012
CƏMİYYƏT
Səlim Müslümovun “yeni taktikası”
Fond sədrinin rezonans doğurmayan bir açıqlamasının arxasındakı sirr pərdəsi!
Bu günlərdə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov yetərincə maraqlı məlumat açıqlayıb - işçidən məcburi sosial sığorta şəklində tutulan verginin onun aldığı maaşdan asılı olaraq artırılması məsələsinə baxılır. Bu açıqlama nə üçünsə “kadr arxasında” qaldı və cəmiyyətdə gözlənilən rezonansı doğurmadı.
Qəribədir, çünki söhbət hər birimizin əməkhaqqının məbləğindən gedir. Əgər rezonansın olmaması hesablamaların mürəkkəbliyinə əsaslanırsa, o zaman biz DSMF-in yeniliklərindən hər birimizin nə qədər itirdiyini izah etməyə çalışaq.
S.Müslümov deyib: “Məcburi sosial sığorta ödəmələrinin strukturunu dəyişdirmək təklif olunur. Məsələn, bu gün əməkhaqqından sosial ayırmalar əməkhaqqının 25 faizini təşkil edir. Onun 22 faizini işəgötürən, 3 faizini işçi ödəyir. Biz təklif edirik ki, işçidən tutulan vergi onun aldığı əməkhaqqından asılı olaraq artırılsın. Əgər maaş əməkhaqqının minimal səviyyəsindən 3 dəfə artıqdırsa, bütünlükdə 25 faiz verğini işəgötürən ödəməli olacaq. Əgər maaşın həcmi minimal səviyyədən 3-20 dəfə artıqdırsa, əməkhaqqından tutulmaların 18 faizini işəgötürən, 7 faizini işçi, əgər 20 dəfədən çoxdursa, 15 faizini işəgötürən, 10 faizini işçi verir”.
Fərqi hesablamaq çətin deyil. Azərbaycan Prezidentinin noyabrda imzaladığı sərəncamdan çıxış etmək yetər. Bu sərəncama əsasən, 1 dekabr 2011-ci ildən ölkədə əməkhaqqı 10 faiz artıb və 93,5 manat təşkil edib. O zamankı valyuta kursuna əsasən (1 dollar - 0,7864 ABŞ manatı), bu, 118,9 dollar və ya günə 3,96 dollar edirdi. Amma məsələnin mahiyyəti bunda deyil ki, məbləğ çox cüzidir, məsələ onsuz da yüksək olmayan maaşların dəyişmə imkanıdır.
S.Müslimovun açıqlamalarına qayıdaq. O deyib: “Maaşın həcmi minimal səviyyədən 3-20 dəfə artıqdırsa, əməkhaqqından tutulmaların 18 faizini işəgötürən, 7 faizini işçi ödəyəcək”. Başqa sözlə, əgər işçi cəmi 280,5 manat alırsa (minimal əməkhaqqının 3 misli), o zaman bu günkü 2 faizin əvəzinə o, DSMF-ə bu məbləğin 7 faizini ödəyəcək. Bu nə dərəcədə məntiqlidir? Yalnız DMSF öz işini düzgün qura bilmir deyə və məcburi sosial sığorta bu gün vergidən yayınan hər kəsi cəlb edə bilmir deyə beş faiz itirmək?
Vergidən yayınanlar isə var... Və onların sayı bu fonda vergi ödəyənlərdən çoxdur. Hər halda DSMF-in statistikasından belə çıxır. 1 aprel 2012-ci ildə DSMF-in fərdi qeydiyyat siyahısında ölkənin 1,978 mln. vətəndaşının fərdi hesabı vardı. Birinci rüb ərzində artıq 12 min 036 nəfər qeydiyyata düşmüşdü.
Vergidən yayınanların da sayı az deyil - 40%. Əgər iclasda dövlət başçısına yeni açılan iş yerlərinin statistikası barədə məruzə olunursa, bu o deməkdir ki, bu iş yerlərinin hər biri qeydiyyatdadır və müvafiq dövlət qurumları bu barədə yaxşı məlumatlıdırlar. Nə üçün bu iş yerlərinə işə götürülən insanlara vaxtında sosial vergi təyin olunmayıb?
İkinci uyğunsuzluq DSMF-in öz işindədir. Onlar iddia edirlər ki, bu gün Azərbaycanda 4,375 mln. işçi var, onlardan 31,6 faizi leqal işləyir və maaş alırlar, qalanları isə qeydiyyatsız çalışırlar. Bu səbəbdən də, məcburi sosial sığorta üzrə ödəmələrin səviyyəsi bu qədər aşağıdır. S.Müslümov deyir: “Qeyri-qanuni məşğulluq və “qara” mühasibatla mübarizəni sərtləşdirmək lazımdır”.
Sərtləşdirin, amma bunu vicadan işləyib, vergi ödəyənlərin hesabına etməyin.
Mahiyyətcə, paradoksal vəziyyətdir. Fond rəhbəri hesab edir ki, ölkədə işçilərin yalnız üçdəbir hissəsi fonda ödəmə edir. Beləliklə, faktiki olaraq dövlət strukturu (təkrar edək) etiraf edir ki, pis işlədiyi üçün və ya (ifadəni yumşaldaq) qanunvericiliyin mükəmməl olmadığı üçün və ya (bir daha yumşaldaq) vergi qurumları ilə koordinasiya cəhdləri yetərli olmadığından, məcburi sosial sığorta ilə bağlı ödəmələrin məbləği aşağıdır. Bunda vergi verənlərin günahı varmı?
Və sonda təqaüdlərin artırılması imkanı və DSMF vəsaitlərindən gerçəklşdirilən ödəmələr barədə. Çox vacib məsələdir, çünki Azərbaycanda təqaüdlərin səviyyəsi daha artığını arzulamağa imkan verir. Yuxarıdakı rəqəmi xatırladım. 1 aprel 2012-ci ildə DSMF-in fərdi qeydiyyat siyahısında ölkənin 1,978mçln. vətəndaşının fərdi hesabı vardı. Məhz bu adamlar fondun həmin ilk yarımildə yığdığı 1,272 mlrd. manatı təmin ediblər. Və onlar yalnız ölkədə işləyən əhalinin üçdəbirini təşkil edirlər. İndi isə təsəvvür edin ki, əgər çalışan 4,375 nəfərin hamısı vaxtında sosial ödəmələri tam və vaxtında həyata keçirsəydilər, DSMF-ə nə qədər vəsait toplanardı? Yarım il ərzində fonddan ayrılan təqaüd və müavinətlərin sayı 1,117 mlrd. manatdır, amma bu rəqəmi üç dəfə artırmaq olardı.
Nə üçün bunu eləmirlər? Elə biz də bundan danışırq - fonda pul ödəyən adamların vergi yükünü ağırlaşdırmaq deyil, bundan yayınanları işə cəlb etmək lazımdır. Təkcə cəlb etmək yox, qeyri-leqal işçi götürən və ikili mühasibat aparanları cərimələmək lazımdır. Elə məbləğdə cərimələmək ki, başqalarına dərs olsun. Bunun əvəzinə DSMF daha az müqavimət göstərmək yolunu seçib, görünür, onun buna səbəbləri var...
İldırım
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22