Xəbər verdiyimiz kimi, Bizim Yol saytının əməkdaşı Əli Cahangiroğlu DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru Ərziman Əliyevlə əlaqə saxlayıb. General münasibət bildirmək əvəzinə onu ağır söyüşlərlə təhqir etmiş, general adına yaraşmayan halda ağır söyüş, təhqirlərini təkrar-təkrar ifadə etmişdir.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən jurnalist Əli Vəliyev onu təhqir edən polis general-mayoru Ərziman Əliyevi məhkəməyə verəcəyini bildirib:
"Mən 10 illik televiziya həyatımda belə şey görməmişdim.Cəmiyyətin ən üst səviyyədə olan insanlarından açıqlamalar almışam, verilişlərə dəvət etmişəm. Öz adımı hər zaman təmiz saxlamışam, qorumuşam. Bu məlumat KİV-də gedib və bu şəxsin adı çəkilib.Ona görə də mən də zəng etmişəm ki, bu həqiqətən sizin qardaşınızdır? Çünki ölkədə bu adda soyadda adam çoxdur. Bu general kimi yüksək adı daşıyan şəxs isə mənə bir başa söyüş, təhqir etdi və hətta tərkarladı. Səs yazısının tamamı odur nə əvvəli var nə axırı ondan sora heç bir zəng olunmayıb üzr də istəməyib. İstəsə də qəbul etməyəcəm.Belə bir şey yoxdur bu ölkədə kimisə ağır formada təhqir et sonra üzr istə olsun bitsin.Bu adam deyə bilərdi ki bəli xeyr və ya bu barədə danışmaq istəmirəm. Mənə nə qədər insanlar zəng edirlər dəstək olduqlarını bildirirlər .Bu barədə bütün hüquqi addımlar atılacaq. Məhkəməyə müraciət edəcəyik ki, bununla bağlı tədbir görülsün.Vəkilimlə də danışmışam. Müvafiq sənədlər hazırlanır".
Qeyd edək ki, Əli Vəliyev(Əli Cahangiroğlu) əvvəllər "ATV kanalında çalışmış, "Səni axtarıram" verilişinin içraçı prodüseri, xəbərlərin və "Baku 2015" Avropa oyunları layihəsinin icraçı prodüseri vəzifələrini tutmuş, daha sonra "Xəzər TV də "Səni axtarıram" proqramında fəaliyyətini davam etdirmişdir və hazırda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəridir.