Bakı Metrosunda çəkilən foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Unikal.org xəbər verir ki, foto metronun "Nəriman Nərimanov stansiyasında lentə alınıb. 21 yaşlı Arzu Əhmədova metro relslərində çəkdirdiyi sözügedən fotonu instagram səhifəsində paylaşıb.Səhifə açıq olduğundan foto qısa müddətdə sosial şəbəkələrdə yayılıb və xanımın təhlükəsizlik qaydalarına riayət etməməsi istifadəçilər tərəfindən tənqid olunub.
 
 Qeyd edək ki, foto bu gün saat 04-00 radələrində çəkilib. Həmin saatda metro fəaliyyət göstərmir.Metronun fəaliyyət göstərmədiyi saatda qızın mühafizə olunan stansiyaya neçə keçməsi isə sual yaradır.