Ağstafada 69 yaşlı qadın evində döyülüb, mənzilindən xeyli pul və qızı-zinət əşyası aparılıb.
 
Rayonun Poylu qəsəbəsində 2 nəfər naməlum şəxs qəsəbə sakini, 1947-ci il təvəllüdlü Səmayə Baxşıyevanın evinə daxil olub. Onlar qadının əl-ayağını bağlayaraq pul tələb ediblər, istədikləri cavabı almadıqları üçün onu döyərək müxtəlif bədən xəsarətləri yetiriblər. Sonra naməlum şəxslər evi axtararaq oradan 13 min 100 ABŞ dolları, 1800 manat və 2 min manatlıq qızıl-zinət əşyalarını götürərək, evi tərk ediblər.
 
Qeyd edək ki, təqaüdçü olan Səmayə Baxşıyevanın rayonda sələmə pul verdiyi müəyyənləşib.
 
Faktla bağlı Ağstafa rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.(APA)