Mayın 8-nə keçən gecə Bərdə rayonunun Piyadalar kəndinin qəbiristanlığında naməlum şəxslər tərəfindən döyülərək özünə məxsus "VAZ 2107" markalı avtomobildə yandırılan 24 yaşlı Salman Bayramov xəstəxanada ölüb.
 
 
Həkimlərin səyinə baxmayaraq ağır xəsarətlər almış gəncin həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsinin bir neçə bəndi və 186-cı maddəsi ilə cinayət işi açılıb. Hadisəni törədən şəxslərin axtarışları davam etdirilir.
 
Dəhşətli qətl hadisəsi ilə bağlı başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparacaq.(Lent.az)