Milli Məclisin bu gün keçirilən iclasında komitələrdən birində dəyişiklik edilib.
Unikal.org xəbər verir ki, deputat Sona Əliyeva Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvlüyündən azad edilib.
S.Əliyeva bundan sonra İnsan hüquqları komitəsinin tərkibində yer alacaq.
Qeyd edək ki, dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.