Tarif Şurası son günlər bəzi kütləvi informasiya vasitələrində elektrik enerjisinin və təbii qazın tariflərinin artırılacağı ilə bağlı məlumatlara münasibət bildirib.
 
Tarif Şurasından Unikal.org-a verilən məlumata görə, bu məlumatlar həqiqətə uyğun deyil: "Tarif (qiymət) Şurasına elektrik enerjisinin və təbii qazın tariflərinin dəyişdirilməsi barədə müraciət daxil olmayıb və hazırda bu məsələlər müzakirə edilmir".