Türkiyənin Qazi Universitetinin tələbəsi Aytək Məmmədli Türkiyənin ən savadlı 20 tələbəsindən biri olub.
Unikal.org ölkə.az-a istinadən bildirir ki, azərbaycanlı tələbə qız bu haqda sosial şəbəkədə özü yazıb. Aytək Məmmədli Türkiyədə dəqiq elmlər sahəsi üzrə indiyədək məzun olan xarici tələbələr içində ən yüksək ortalama balı toplayan tələbə olub.
Qeyd edək ki, diplomun tələbələrə təqdimat mərasimində Türkiyə hökumətinin üzvləri, nazirlər də iştirak ediblər. Azərbaycanlı tələbəyə diplomu xarici işlər naziri Mövlud Çavuşoğlu təqdim edib.
May ayının 19-da bu 20 tələbəyə Türkiyə baş nazirinin iqamətgahında Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə ziyafət veriləcək.