Amerikanın məşhur iş adamı 41 yaşlı Guy Gentilenin sevgilisi onun avtomobilini su hovuzuna atıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Guy Gentile 24 yaşlı sevgilisi Kristina Kuchmandan ayrıldıqdan sonra Baham adalarına istirahətə yollanıb.

Bunu eşidən Kristina Kuchman təcili 41 yaşlı iş adamının bağ evinə gəlib. O, Guy Gentiledən qisasını fərqli şəkildə alıb. Belə ki, 24 yaşlı qız iş adamına məxsus 100 min dollarlıq Mercedes S400 markalı avtomobilini bağ evindəki su hovuzunun içinə salıb.

Bundan xəbər tutan iş adamı təcili istirahətini yarımçıq qoyaraq evinə qayıdıb.