Millət vəkili Mehriban Əliyeva 28 May - Respublika günü münasibəti ilə "Amnistiya aktı haqqında" qanun layihəsinin qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib.
 
Bu barədə bu gün Milli Məclisin plenar iclasında 1-ci vitse-spiker Ziyafət Əsgərov bildirib.
 
Z. Əsgərov deyib ki, layihədə Amnistiya aktının 10 minə qədər insanı əhatə etməsi, o cümlədən 3 500 nəfərin məhkumluqdan azad edilməsi nəzərdə tutulur.(APA)