İki gün əvvəl axşam saatlarında evinin balkonuna dincəlmək üçün çıxan 3 uşaq anası müəyyən olmayan istiqamətdə atılan güllə onun ürəyindən dəyib.
Unikal.org xəbər verir ki, hadisə iki gün əvvəl Türkiyədə baş verib. Belə ki, Qazi Məhəlləsində evinin eyvanında sinəsindən vurulan və həyatını itirən 3 uşaq anası Pınar Gems, bu gün Qazi qəbiristanlığında torpağa tapşırılıb.

3 uşaq anası Pınar Gems günorta vaxtı qılınan cənazə namazının ardından da Qazi Qəbiristanlığına dəfn edildi.
 
Qeyd edək ki, Türkiyə hüquq-mühafizə orqanları qadının ölümü ilə bağlı cinayət işi açılıb. 33 yaşlı qadının ölümünə səbəb olan cinayətkar (lar) axtarılır.