Əldə etdiyimiz məlumata görə, ölkənin beynəlxalq rabitə xidmətlərində ciddi probemlər yaranıb.
Unikal.org bildirir ki, Xeberler.az-ın məlumatına görə, bu gün səhər saatlarından Aztelekom MMC tabeçiliyində fəaliyyət göstərən Beynəlxalq Avtomat Telefon Stansiyasının (BATS) xidmətlərində problemlər yaranıb.
İstifadəçilərin də dediyinə görə, səhər saat 12:00-dan xaric ilə telefon danışığı həyata keçirmək mümkün olmayıb.
Həmçinin bəzi hallarda danışıqların digər bir beynəlxalq rabitə xidməti göstərən Azərtelekom şirkəti üzərindən yönləndirildiyi bildirilib.
Məlumata görə, Aztelekom-un bu fəaliyyətində yaranan probemlə bağlı qurumun və digər aidiyyatı telekommunikasiya qovşaqlarının xeyli sayda İT mütəxəssisləri bir araya toplanıb.
Qeyd edək ki, problem axşam saatlarınadək həll edilməmişdi. Bu yazını hazırlayan ərəfədə apardığımız testlər göstərdi ki, Aztelekom üzərindən beynəlxalq telefon bağlanıtısı yaratmaq artıq mümkündür.
Xeberler. az olaraq problemin səbəbini öyrənməyə çalışsaq da, mümkün olmayıb.
Məsələ ilə bağlı rəsmi açıqlama da verilməyib.
Məlum olduğu kimi, indiyədək beynəlxalq danışıqları yalnız RYTN tabeliyində olan Aztelekomun-un Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS) üzərindən həyata keçirmək mümkün idi. Bütün mobil operatorlar da məhz bu qurumun üzərindən beynəlxalq bağlantılar qura bilirdi.
Artıq bir müddətdir ki, Azərtelekom şirkətinin də bu cür beynəlxalq rabitə xidməti göstərdiyi bildirilir.