Antalyada 14 yaşlı qız S.A-ya təcavüz etdiyi iddiası ilə 24 nəfər saxlanılıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, onların arasında polis məmurunun da olduğu deyilir.
Hadisə Antalyanın Kəpəz vilayətində Zafer məhəlləsində baş verib.
S.A.-nın anası A.B. qızının qarnının böyüdüyünü görüb və qorxuyya düşüb. O bu səbəblə qızını həkimə aparıb. Məlum olub ki, 14 yaşlı qız hamilədir. S.A. daha sonra anasına ilk dəfə 11 yaşında təcavüzə uğradığını deyib.
Azyaşlının 3 il boyunca zorlandığı məlum olub.
Saxlanılanlar isə ittihamı qəbul etməyib. Bildirlir ki, təcavüzə məruz qalan qızın anası da polis məmurudur.