Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi kişilər üçün doğum məzuniyyətinin tətbiqi haqqında təkliflə çıxış edib.
Unikal.org xəbər verir ki, BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, Pan Gi Mun ayrı-seçkilik və zorakılıqla mübarizəyə çağırıb. Eyni zamanda BMT-nin Ailə Günü ilə əlaqədar müraciətində yeni doğulmuş uşaqların ataları üçün doğum məzuniyyəti təcrübəsini nəzərdə tutan xüsusi proqramların tətbiqi ayrıca vurğulanıb.

Pan Gi Mun vurğulayıb ki, bütün ölkələrin rəhbərləri ailənin mühüm rolunu dəstəkləməlidir. BMT-nin baş katibi qeyd edib ki, sosial məsələlərlə (analar üçün səhiyyə xidməti) yanaşı, iş məsələsi də çox vacibdir. Atalar üçün doğum məzuniyyətinin təşkili ailənin inkişafı yollarından biridir. Hələlik söhbət ana və atalar üçün bərabər məzuniyyət müddətindən getmir. Amma Pan Gi Muna görə, uşağın doğulmasından sonrakı ilk dövrdə kişilərin işdən azad edilməsi dünya miqyasında vəziyyətə müsbət təsir göstərəcək.