Rusiyanın Omsk vilayətində uşaq-sağlamlıq düşərgəsi bağlanıb.
Unikal.org-un məlumatına görə, buna səbəb bir neçə uşağın bağırsaq infeksiyasına yoluxması olub.
Bununla əlaqədar düşərgədəki 300 uşaq evlərinə göndərilib.
Hazırda 3 nəfərin kəskin bağırsaq infeksiyasına yoluxduğu deyilir. Hadisə ilə bağlı düşərgə ərazisində yoxlamalar başlayıb.