Azərbaycan prezidenti İlham Əliyev Mozambik prezidenti Filipe Jasinto Nyusini ölkəsinin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik edib.
Unikal.org-un məlumatına görə, dövlət başçısı təbrik məktubunda ümidvar olduğunu bildirib ki, Azərbaycan-Mozambik əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcək.
Azərbaycan prezidenti Mozambik xalqına sülh və tərəqqi diləyib.