"Beynəlxalq Qızıl Xaç Komitəsinin Nümayəndəliyi Azərbaycanda fəaliyyətini tezliklə dayandıracaq".
"Unikal" xəbər verir ki, bu barədə apa-ya BQXK-nin ictimaiyyətlə əlaqələr mütəxəssisi Aurelie Lachant məlumat verib.
Eyni zamanda, o qeyd edib ki, "hazırda beynəlxalq humanitar hüququn müdafiəsi altında olan şəxslərə münasibətdə onların işinin gələcəyi ilə bağlı Azərbaycan tərəfi ilə dialoq aparırlar".
O, bu müzakirələrin təfərrüatını şərh etməyib.
Qeyd edək ki, BQXK-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Draqana Koyiç avqustun 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüş zamanı bildirib ki, təşkilatın Azərbaycan Nümayəndəliyi fəaliyyətini sentyabrın əvvəlində dayandıracaq