CHP-dən prezidentliyə namizəd olan Muharrem İnce məğlubiyyətdən sonra mətbuat konfransı keçirib.

Unikal.org xəbər verir ki, Muharrem İnce mətbuat konfransına başlamazdan əvvəl TRT kanalının əməkdaşlarının salonda olub-olmamasını soruşub. Onların da mətbuat konfransına qatıldığını bilən İncə bunları deyib:

"Dostlar, TRT əməkdaşları burdadır? TRT əməkdaşlarını çölə çıxarın. İstanbul, Ankara, İzmir mitinqlərimi yayımlamayan televiziya kanalının burada nə işi var? Çox xahiş edirəm zalı tərk edin!