Yevlax rayonunda qanunsuz balıq ovu ilə məşğul olan şəxs aşkarlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, 24.06.2018-ci il tarixində ETSN-nin əməkdaşları Baş müfəttiş Rəşad Əliyevin rəhbərliyi ilə reyd keçirib. Reyd zamanı Mingəçevir şəhəri 1987-ci il təvəllüdlü Əzizov Əli Kazım oğlu Mingəçevir Su Anbarının Yevlax rayonundan keçən hissəsində qanunsuz olaraq balıq ovu ilə məşğul olarkən saxlanılıb. Ondan bir ədəd alminium qayıq, uzunluğu 38 metr, eni 5 metr olan qadağan olunmuş jilka tor, 120 ədəd şamayı, 30 ədəd sıf balığı aşkarlanaraq götürülüb. 

O, təbiətə vurduğu zərərə görə 4950 manat məbləğində cərimə olunub.