Ermənistanda baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası baş tutub.

Unikal.org Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, iclasda bildirib ki, aprel hadisələrindən sonra Təhlükəsizlik Şurasının ilk dəfə keçirilir. Paşinyan yeni Konstitusiyaya keçidlə bağlı 155-ci maddənin 2-ci bəndinə əsasən, ölkənin təhlükəsizlik sahəsindəki siyasətinin məhz Şura tərəfindən icra olunacağını qeyd edib:

"Bugünki iclas həmin məsələlərin müzakirəsi üçün keçirilir".

İclasda Ermənistan Ordusundakı vəziyyət, hərbi texnika və yeni silahlanma proqramları, təmas xəttində qaravul xidmətinin keyfiyyətli təşkili və s. müzakirə olunub.