İyul ayının 2-dən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi fəaliyyətə başlayacaq. 

Unikal.org xəbər verir ki, avtobusların yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə - Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 9.00-dur. Avtobusların Batumidən yola düşmə vaxtı isə 3,5,7-ci günlər saat 10:00-da olacaq.

Gediş qiyməti 40 manat təşkil edir. 5 yaşına qədər uşaqlara bilet pulsuzdur. 10 yaşına qədər uşaqlar üçün qiymət biletin 50 faizidir.


Sərnişin sıxlığı çox olarsa, avtobuslar hər gün reysə çıxa bilər.

Avtobuslar kondisioner və wi-fi sistemi ilə təchiz olunub. Sərnişinlərə tövsiyyə edirik ki, biletləri əvvəlcədən alsınlar. Biletləri 10 gün öncədən Avtovağzalın qabaqcadan satış kassalarından və ya online qaydada əldə etmək olar.