Məlum olduğu kimi, ali məktəblərə qəbul imtahanları cari ildən etibarən iki mərhələdə keçirilir. 

Unikal.org xəbər verir ki, ilk qəbul imtahanı II-III ixtisas qrupları üzrə mayın 13-də, I-IV ixtisas qrupları üzrə isə mayın 20-də keçirilib. İkinci imtahan isə I-IV ixtisas qrupları üzrə iyulun 18-də, II-III ixtisas qrupları üzrə isə iyulun 26-da keçiriləcək.

Hazırkı mərhələdə abituriyentləri düşündürən həm də universitet seçimidir. "Seçdiyim ixtisası hansı universitetdə oxumalıyam, "dövlət yoxsa qeyri-dövlət universitetini seçməliyəm, "Xüsusilə son illərdə şəffaf və keyfiyyətli təhsil istiqamətində ciddi addımlar atan qeyri-dövlət universitetlərindən hansını seçməliyəm?sualları abituriyentlərin cavab axtardığı suallardır.

Belə halda, maraqlı olacağını nəzərə alıb ötənilki qəbul imtahanlarından sonra abituriyentlərin daha çox hansı qeyri-dövlət universitetlərini seçdiyi ilə bağlı statistikanı diqqətinizə təqdim edirik: