Fransanın cənubundakı Monpelye şəhərində atışma baş verib.
Unikal.org-un məlumatına görə, naməlum şəxslər 20 yaşlı gəncə bir neçə dəfə atəş açıb.
Qeyd olunur ki, o, çoxsaylı güllə yaraları ilə xəstəxanaya yerləşdirilib.
İlkin ehtimallara görə, atışma kriminal zəmində baş verib.