Ermənistan tərəfi Qarabağa topladığı terrorçuları silahlandırır. 

Suriya və Livandan gələn erməni əsilli terrorçular separatçı rejimin dəstəyi ilə bölgədə möhkəmlənməyə çalışırlar. Ermənilər Qarabağda böyük təxribata hazırlaşırlar. 
 
Beynəlxalq təşkilatlar tərəfindən qadağa olunan kütləvi qırğın silahları əldə edən terrorçular kiçik bir gərginlik zamanı bundan istifadə etməyi planlaşdırırlar. Azərbaycanın işğal olunmuş ərazilərində dinc sakinlərə təhlükə yaradan terrorçular istənilən halda zərərsizləşdirilməlidirlər. 
 
Azərbaycan ordusu öz torpaqlarında antiterror əməliyyatı həyata keçirməklə regionda baş verə biləcək böyük bir təhlükənin qarşısını almaq imkanına malikdir. (baku.ws)
 
BAKU.WS