"Son 15 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ölkə olmayıb".
Unikal.org xəbər verir ki, bunu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad mərasimində deyib.
"İqtisadiyyatımız 3,2 dəfə artıb. Azərbaycan bu gün iqtisadi potensialına görə özünün çox rahat hiss edir. Bütün beynəlxalq təşkilatlarının reytinqlərində Azərbaycan qabaqcıl yerdədir, inkişaf etməkdə olan ölkələr arasında inkişaf dinamikasına görə 3-cüdür. Biz öz hesabımıza yaşayırıq, heç bir yerdən yardım almırıq. Buna ehtiyac yoxdur. Öz zəhmətimiz hesabına qazandığımız vəsaiti ölkə qarşısında duran məqsədlərə yönəldirik. Onların arasında ordu quruculuğu 1-ci yerdədir, - deyə o, qeyd edib.