Evli və 2 uşaq atası 51 yaşlı kişi həbs edilib. İddiya görə Türkiyənin Muğla əyalətində yaşayan R.G adlı kişi həyat yoldaşının qardaşı övladı 14 yaşlı M.E. adlı qıza 4 il ərzində təcavüz edib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 14 yaşlı qız ailəsi ilə birlikdə bibisigillə eyni binada yaşayırmış.

Bildirilir ki, M.E 2014-cü ilin yay aylarında bibisinin həyat yoldaşının təcavüzünə uğrayıb. Hətta 50 yaşlı kişi bu əməlini 20 gün öncə də gerçəkləşdirib.

Hadisəni qızın məktəb müəllimləri üzə çıxarıb. Belə ki, müəllimləri kiçik qızın davranışlarından və bibisinin həyat yoldaşının tez-tez məktəb ətrafında gəzməsindən şübhələnib. 14 yaşlı qız hadisəni qorxudan gizli saxlamağa çalışsa da müəllimlərinin təkidi ilə hər şeyi danışıb. O bildirib ki, bibisinin həyat yoldaşı olan R.G 4 ildir onu meşəlik əraziyə apararaq təcavüz edib. Müəllimlər vəziyyəti jandarmaya bildirib.

Qısa müddətdə tutulan R.G. nəzarətə alınaraq polis bölməsinə aparılıb. O özünün günahsız olduğunu sübut etməyə çalışarkən məhkəmədə "Onun bir sevgilisi vardı, həmin şəxslə insi əlaqədə olub-deyib.

Aparılan araşdırmalar zamanı M.E-nin sevgilisi olmadığı müəyyən olunub. R.G məhkəmədə verdiyi ifadədən sonra həbs olunub.