Türkiyənin Şanlıurfa vilayətində küçənin ortasında qayınları ilə mübahisə edən kişi əlini silaha atıb. Bu zaman yoldan keçən 7 nəfər yaralanıb.

Unikal.org xəbər verir ki, mübahisənin yaranmasna səbəb Fərhad.Ç-nin həyat yoldaşı ilə dava etməsi olub. Hadisədən xəbər alan Fərhad.Ç-nin qayınları onun evinə gedib. Evdə çıxan mübahisə dava ilə nəticələnib.

Əlinə tüfəng alan Fərhad.Ç. balkona çıxaraq küçədəki qayınlarına atəş açıb. Hadisə zamanı küçədən keçən 7 nəfər ətrafa səpilən qırmalardan yaralanıb. 

Bölgəyə polis əməkdaşları, təcili yardımlar sövq edilib və yaralılar xəstəxanaya qaldırılıb. Müalicə olunan yaralıların səhətinin normal olduğu bildirilib. Hadisə ilə əlaqədar istintaq davam edir.