ABŞ-ın Kolorida ştatında 38 yaşlı Kristina Arçuleta-Blasiyer övladlarının gözü qarşısında sevgilisi tərəfindən üzərinə benzin tökülərək yandırılıb. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, gənc qadın həmin hadisədən 33 gün sonra dünyasını dəyişib.

Hadisə ilə bağlı daha dəhşətli məqam ortaya çıxıb. Belə ki, hadisə zamanı Kristinanın kiçik oğlu onu xilas etməyə çalışarkən özünün bədəni yanıb. Buna baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.  

Polis tərəfindən saxlanılan Vasquez ifadəsində ittihamları rədd edərək bildirib ki, sevgilisi qəza zamanı yanıb. Məhkəmənin qərarı ilə cinayətkar ömürlük həbs edilib.