Kanada höküməti Kamaz sürücüləri üçün yaxşı iş təklifi irəli sürüb. Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, adıçəkilən ölkədə illik 80 min dollar (təxminən 140 min AZN) maaşla Kamaz sürücüsü axtarılır.

İş şərtlərinin çətinliyi səbəbiylə bu sahədə işləyəcək adam tapmaqda çətinlik çəkirlər. Yaxşı və hər ay artan maaşın olmasına baxmayaraq bu problemə çarə tapa bilmirlər. Hətta bu məbləğ Kanadanın bəzi şəhərlərində daha çoxdur. 100 min dollar (təxminən 170 min AZN) və daha çox təklif olunur. Bildirilir ki, sürücülər 12-13 gün ailəsindən uzaq qalmalı olur və fasiləsiz işləyirlər. Bu müddətdən sonra cəmi 3-4 gün dincələ bilir və yenidən işə qayıtmalı olurlar. Bunu da hamı qəbul etmir.

Kanada Kamaz Sürücüləri Birliyi ölkədə 2024-ci ilə qədər gərəkli sürücü ehtiyacının 48 min nəfər olduğunu açıqlayıb:

"Problemin həllinin nə qədər vacib olduğunu başa sala bilmirik. İnsanların aldığı hər şey şey yük maşınları ilə gəlir. 30 ildir bunu edirik. Amma yeni işçi tapmaq çox çətindir. Hazırda sahib olduğumuz ən yaxşı sürücü 74 yaşındadır. O da hər həftə maksimum saat çalışır. Başqa bir sürücünün 72, digərinin isə 64 yaşı var.