ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini Alis Uels Azərbaycana gələcək.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında bildirilib.
Məlumata görə, A.Uells 27-29 iyun tarixlərində Bakıda səfərdə olacaq.
O Bakıda iyunun 28-də keçiriləcək Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısında iştirak edəcək.
Səfər çərçivəsində ABŞ rəsmisi Azərbaycan hökumətinin yüksək səviyyəli rəsmiləri görüşərək Azərbaycanın Əfqanıstan hökumətinə və NATO-nun Əfqanıstandakı qətiyyətli dəstək missiyasına davamlı dəstəyinə görə təşəkkür edəcəyi bildirilir. Xanım Uells eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yüksək səviyyəli nümayəndələri ilə də görüşəcək.