Qonşusunun uşağına təcavüz etmək istəyən şəxs həbs olunub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə iki həftə əvvəl İstanbulda Sultangazi vilayətində meydana gəlib.

Ramazan.Y. 12 yaşlı uşaqdan qapını açmasını istəyib. Uşaq qapını açmadıqda isə o pəncərənin qarşısında dayanıb. Pəncərənin önündə duran şübhəli şəxs bir müddət uşağı qapını açması üçün razı salmağa çalışıb. Qorxuya düşən azyaşlı anasına telefonla zəng etsə də görüntüləri də lentə almağı unutmayıb. 12 yaşlı uşaq Ramazan.Y-ya getməsi üçün də yalvarıb. Lakin təcavüzkar fikrində israr edib. O pəncərənin qarşısında şalvarını aşağı endirib və cinsiyyət orqanını göstərib.  

Uşağa bu qorxu dolu anları yaşadan Ramazan Y. ilə bağlı polis əməkdaşları xüsusi əməliyyat qrupu yaradıb və axtarış keçirib. Axtarışlar nəticəsində o bu gün gizləndiyi evdən tapılıb və polis bölməsinə aparılıb. Ramazan.Y ifadəsində spirtli içki qəbul etdiyini və heç nə xatırlamadığını deyib. Məhkəməyə sövq edilən Ramazan Y. "cinsi təcavüz" ittihamı ilə həbs olunub.