Ermənistan müdafiə nazirinin keçmiş müavini Manvel Qriqoryanın həyat yoldaşı Nazik Amiryan barəsində polis axtarış  elan edib.

Unikal.org   Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə polisinin Analtik, informasiya və KİV-lə əlaqələr bölməsinin rəisi Edqar Canoyan bildirib.

"Nazik Amiryanın axtarışı üzrə əməliyyat davam edir, - deyə o vurğulayıb.

Ermənistan Xüsusi İstintaq Xidmətinin müstəntiqləri Nazik Amiryanın həbs olunması barədə qərar qəbul ediblər. Ancaq bir neçə gündür onu tapa bilmirlər.

Qeyd edək ki, Manvel Qriqoryan və onun oğlu - Eçmiadzin şəhərinin keçmiş meri Karen Qriqoryan dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq həbs ediliblər.