Bakıətrafı kənd və qəsəbələrdə su təchizatı sistemlərinin yenidən qurulması layihələri çərçivəsində yeni tikilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar sabah gün ərzində Ceyranbatan, Saray, Masazır, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

"Azərsu ASC-dən Unikal.org-a verilən məlumata görə, qurum istehlakçılardan əvvəlcədən su ehtiyatı toplamaları xahiş edir.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu ASC abonentlərdən üzr istəyir.