Antalyada aprelin 14-ü evindən çıxdıqdan sonra bir daha geri qayıtmayan 75 yaşlı Hasan Karagözün cəsədi76 gün sonra Alara çayında tapılıb.

Unikal.org haberler-ə istinadən xəbər verir ki, balıq ovlayan 2 gənc tərəfindən cəsədi tapılan Hasan Karagözün bədəninin parçalanmaması, qolundakı saatının isə hələ də işləməsi görənləri təəccübləndirib.

Mərhumun bacısının da 61 il öncə itdiyi və 6 ay sonra eyni çaydan meyitinin tapıldığı məlum olub.