"Apple şirkətinin ən önəmli markalarından biri olan "iOS 12 beta versiyada yayımlanıb.

Unikal.org technote-yə istinadən xəbər verir ki, öncə beta istifadə proqramına qatılmalı, daha sonra bu linkə keçid edərək qeydiyyatdan keçməlisiniz.

Sonra "iTunesə girərək hazırkı versiyanın kopyasını hazırlayın. Hər hansı bir xəta zamanı və ya "iOS 12dən razı qalmayıb əvvəlki versiyaya qayıtmaq istəsəniz, bu kopyalama lazım olacaq.

Ardınca telefona beta proqramı üçün açdığınız qeydiyyatla daxil olun. Sonra ayarlara girib sistem yenilənmələrinə daxil olun.

Bir müddət sonra "iOS 12 yükləmək üçün hazır olacaq.